İtaliyanın baş naziri Corcia Meloni bildirib ki, Avropa İttifaqının əsas düşməni onun qərar qəbul edə bilməməsidir. Bu barədə siyasətçi parlamentdə çıxışı zamanı danışıb.
“Məncə, uydurma düşmənlərə qarşı mübarizə aparmaq mənasızdır, hətta zərərli ola bilər. Çünki bizim əsas problemimiz qərar verə bilməməyimiz və geriləməyə aparan düşüncə tərzidir.” — deyə Meloni vurğulayıb.
Onun sözlərinə görə, Avropa qitəsi “demoqrafik qışı” geri çevirmək gücündə deyil.