Fransa vətəndaşlarının prezident Emmanuel Makrona etimadı tarixi minimuma enib.
DenMedia.az xəbər verir ki, bu barədə Figaro qəzeti Verian şirkətinin sorğusuna istinadla məlumat yayıb.
Məlumata görə, respondentlərin cəmi 11%-i hazırkı dövlət başçısını dəstəklədiyini bildirib.
Makrona etimad səviyyəsi son bir ayda beş faiz bəndi azalıb və nəticədə onun göstəricisi sabiq prezident Fransua Ollandın antirekorduna bərabərləşib.
Sorğuda iştirak edənlərin 84%-i prezidentin siyasi kursuna etimad göstərmədiyini deyib.
Hazırkı vəziyyət 2016-cı ilin sentyabrındakı vəziyyəti xatırladır — həmin vaxt Fransua Olland da vətəndaşların cəmi 11%-nin dəstəyini qazanmışdı.
Bu göstərici 1970-ci illərdən bəri aparılan sosial tədqiqatların tarixində ən aşağı səviyyə hesab olunur.