Geri qayıt Çap et

Makronun populyarlığı 1970-ci ildən bəri ən aşağı səviyyədə

Fransa vətəndaşlarının prezident Emmanuel Makrona etimadı tarixi minimuma enib.

DenMedia.az xəbər verir ki, bu barədə Figaro qəzeti Verian şirkətinin sorğusuna istinadla məlumat yayıb.

Məlumata görə, respondentlərin cəmi 11%-i hazırkı dövlət başçısını dəstəklədiyini bildirib.

Makrona etimad səviyyəsi son bir ayda beş faiz bəndi azalıb və nəticədə onun göstəricisi sabiq prezident Fransua Ollandın antirekorduna bərabərləşib.

Sorğuda iştirak edənlərin 84%-i prezidentin siyasi kursuna etimad göstərmədiyini deyib.

Hazırkı vəziyyət 2016-cı ilin sentyabrındakı vəziyyəti xatırladır — həmin vaxt Fransua Olland da vətəndaşların cəmi 11%-nin dəstəyini qazanmışdı.
Bu göstərici 1970-ci illərdən bəri aparılan sosial tədqiqatların tarixində ən aşağı səviyyə hesab olunur.