May ayında 68 Azərbaycan vətəndaşı Avropadan geri qaytarıldı
Bu ilin may ayında Avropadan 68 Azərbaycan vətəndaşı readmissiya qaydasında ölkəmizə qaytarılıb.
Bu barədə Dövlət Miqrasiya Xidmətindən məlumat verilib.
Qeyd olunub ki, readmissiya Azərbaycanın imzaladığı qüvvədə olan sazişlər çərçivəsində həyata keçirilib.