Qubada Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə ağacəkmə aksiyası keçirilib-VİDEO
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Quba rayonunun Alekseyevka kəndi və Zərdabi qəsəbəsi ərazisində ağacəkmə aksiyası keçirilmişdir.
Aksiyada Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının sədri Fidan Hüseynova, Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Quba “ASAN xidmət” mərkəzinin rəhbərliyi və kollektivi regional və digər idarə, müəssisə, təşkilatların rəhbərləri və kollektivləri, şəhid ailələri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişdir.
Keçirilən aksiya rayon ərazisində ekoloji mühitin sağlamlaşdırılması və yaşıllıqların artırılması baxımından mühüm əhəmiyyət kəsb edir.
nizami