Məktəblilər arasında yayılıb: fəsadları olacaq – Qadağa təklifi
“Elektron siqaret tamamilə qadağan edilməlidir. Onun çox ağır fəsadları olacaq”.
DenMedia.az xəbər verir ki, bunu ilahiyyatçı Tural İrfan deyib.
O bildirib ki, elektron siqaret əsasən orta məktəb şagirdləri arasında yayıblar. Məktəblərin yaxınlığındakı guya qəzet satmaq üçün nəzərdə tutulan köşklər yeniyetmələrə siqaret, elektron qəlyan satmaqla məşğuldur. Özü də həmin köşklər ölkədə yeganə müəssisədir ki, istədikləri qiyməti qoya bilirlər. Əsasən şəhərin mərkəzə doğru olan hissələrində həmin köşklərdə hər şeyin qiyməti az qala ikiqatdır”.
T.İrfan qeyd edib ki, məktəblərin yaxınlığında şagirdlərə, yeniyetmələrə dənə yaxud qutu ilə siqaret satmaq, elektron qəlyana maraq yaratmaqla uşaqları zəhərləmək bahasına varlanmaq həvəsinə düşən məmurlar haqda cinayət məsuliyyəti müəyyən edilməyincə, bu işlər yazmaqla həll olunmaz.
Sahnaz