“Elektron siqaret tamamilə qadağan edilməlidir. Onun çox ağır fəsadları olacaq”.
DenMedia.az xəbər verir ki, bunu ilahiyyatçı Tural İrfan deyib.
T.İrfan qeyd edib ki, məktəblərin yaxınlığında şagirdlərə, yeniyetmələrə dənə yaxud qutu ilə siqaret satmaq, elektron qəlyana maraq yaratmaqla uşaqları zəhərləmək bahasına varlanmaq həvəsinə düşən məmurlar haqda cinayət məsuliyyəti müəyyən edilməyincə, bu işlər yazmaqla həll olunmaz.