Selahattin və Lara Paşalıdan boşanma iddialarına tətil cavabı - FOTO
Türkiyəli aktyor Selahattin Paşalı həyat yoldaşı Lara Paşalı ilə evliliklərində yaşadıqları çətin dövrü geridə qoyduqlarını bir daha göstərib.
Aktyor ötən axşam Bebekdə görüntülənib. Yeni mövsüm layihələrini dəyərləndirdiyini bildirən Paşalı ona təkliflərin olduğunu deyib.
“Gələn layihələr var. Məni həyəcanlandıracaq və xoşbəxt edəcək bir iş gözləyirəm”, — deyə aktyor bildirib.
Tətil planlarından da danışan Paşalı yaxın zamanda həyat yoldaşı və qızı ilə birlikdə istirahətə gedəcəklərini açıqlayıb.
“Qısa bir tətil planımız var, qayıtdıqdan sonra işlərimizə fokuslanacağıq”, — deyən aktyor digər sualları cavablandırmadan avtomobilinə minərək ərazidən uzaqlaşıb.

Qeyd edək ki, 2022-ci ildə ailə quran Selahattin Paşalı və Lara Paşalı həmin il qızları Leyla Peranı qucaqlarına alıblar. Cütlük bir müddət əvvəl ayrılıq iddiaları ilə gündəmə gəlmişdi.
Lara Paşalının alyansını çıxarması və toy fotolarını sosial media hesabından silməsi onların ayrıldığına dair şayiələrin yayılmasına səbəb olmuşdu.
İddiaların artmasından sonra cütlük 22 apreldə birgə açıqlama yayaraq evliliklərində çətin bir dövrdən keçdiklərini təsdiqləmiş, lakin xəyanət iddialarını qəti şəkildə rədd etmişdi.

Açıqlamadan sonra Lara Paşalı toy fotolarını yenidən profilinə əlavə etmiş və üzüyünün göründüyü paylaşım etmişdi. Selahattin Paşalının bu paylaşımı bəyənməsi isə cütlüyün aralarındakı problemləri geridə qoyduğu kimi şərh edilmişdi.
Aktyor son olaraq Analar Günü münasibətilə həyat yoldaşı və qızının fotosunu ağ ürək emojisi ilə paylaşaraq ailəsi ilə bağlı müsbət mesaj vermişdi. (Habertürk)