“Həbsə düşən adamdan sənətçi olmaz” demişdi: 23 ildən sonra böyük üzləşmə
İllər əvvəl Popstar yarışması ilə tanınan Bayhan Gürhan hazırda Survivor 2026da Ünlülər komandasında yarışır. Vaxtilə qalmaqal yaşayan Deniz Seki və Bayhan bu dəfə Dominikdə yenidən üz-üzə gəlib.
2003-cü ildə keçirilən yarışmada münsif olan Deniz Seki, keçmişdə həbsdə olduğu üzə çıxan Bayhan barədə sərt fikirlər səsləndirmişdi. İllər boyu bu gərginlik gündəmdə qalsa da, sonradan Deniz Seki özü də narkotik ticarəti ittihamı ilə həbs olunmuşdu.

İllər sonra məsələ ilə bağlı danışan Deniz Seki bildirib ki, Bayhanla heç bir problemi yoxdur və o zaman niyə yanlış başa düşüldüyünü hələ də anlamır. Bayhan da bu hadisələrdən sonra heç kimə qarşı incikliyinin olmadığını deyib.

Survivorda birləşmə gecəsi ərəfəsində gözlənilməz hadisə yaşanıb. Deniz Sekinin Dominikə gələcəyini öyrənən Bayhan onların bir araya gələ bilmədiyini və ortaq xatirələrinin olduğunu qeyd edib.

23 il sonra ilk dəfə üz-üzə gələn iki tanınmış sima arasında emosional anlar yaşanıb. Yeni bölüm fraqmentində Deniz Sekinin Bayhanı görəndə göz yaşlarını saxlamaqda çətinlik çəkdiyi görünür.

Görüş zamanı Bayhanın sözləri diqqət çəkib:
“Sonradan öyrəndiyim bəzi şeylər var. Sənin də başqaları tərəfindən yanlış yönləndirildiyin məsələsində.”