Azərbaycan XİN rəhbəri iyulun 13-də işgüzar səfərlə Rusiyaya gedəcək
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iyulun 13-də işgüzar səfərlə Rusiyaya gedəcək.
Bunu Azərbaycanın Moskvadakı səfiri Rəhman Mustafayev bildirib.
“Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iyulun 13-də işgüzar səfərlə Rusiyaya gələcək”, — deyə Mustafayev RTVI-yə açıqlamasında bildirib.
Səfir əlavə edib ki, iyunun 17-19-da Bakıda Rusiya Federasiyası Federal Məclisi ilə Azərbaycan Respublikasının Milli Məclisi arasında əməkdaşlıq üzrə Parlamentlərarası Komissiyanın iclası keçiriləcək. Payızda isə Azərbaycan-Rusiya regionlararası forumu baş tutacaq.
Mustafayevin sözlərinə görə, Azərbaycan və Rusiya arasında güc strukturları və hüquq-mühafizə orqanları xətti ilə də fəal dialoq və əməkdaşlıq həyata keçirilir.