Tramp Aleksandr Aldeni Azərbaycana səfir təyin etmək istəyir - FOTO
ABŞ Prezidenti Donald Tramp diplomat Aleksandr Aldenin ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsinə namizədliyini irəli sürüb.
Alden diplomat və beynəlxalq təhlükəsizlik üzrə ekspert kimi tanınır. O, Trampın birinci administrasiyası dövründə Dövlət Departamentində, Milli Təhlükəsizlik Şurasında və Pentaqonda çalışıb.
Onun vəzifəyə başlaması üçün namizədliyi ABŞ Senatı tərəfindən təsdiqlənməlidir.
