Amerikalı ekspert İlham Əliyevi dünyanın ən nüfuzlu liderlərinin siyahısına daxil etdi
olan” və təsirli liderlərinin siyahısını dərc edib.
O, X platformasında paylaşdığı siyahıya Azərbaycan Prezidenti İlham Əliyev, Xavyer Miley, Corcia Meloni, Aleksandr Stubb, Narendra Modi, Karol Navrotski, Mərakeş kralı Məhəmməd VI, Volodimir Zelenski, Fridrix Merz və digər siyasətçiləri daxil edib.
Karafano siyahıda ABŞ Prezidenti Donald Trampı ayrıca qeyd edərək onun “öz liqasında” olduğunu bildirib.
Qeyd edək ki, Ceyms Cey Karafano milli təhlükəsizlik və xarici siyasət üzrə amerikalı ekspertdir. O, The Heritage Foundation analitik mərkəzində prezidentin baş müşaviri və elmi əməkdaş kimi fəaliyyət göstərir.
Karafano ABŞ ordusunun 25 illik veteranıdır, tarixçi və müharibə, təhlükəsizlik və beynəlxalq siyasət mövzularında bir sıra kitabların müəllifidir. O, həmçinin tez-tez ABŞ mediasında siyasi analitik kimi çıxış edir.