Avropa İttifaqı İranın Naxçıvana dron hücumunu Qınadı
Avropa İttifaqı İran tərəfindən Naxçıvana qarşı həyata keçirilən pilotsuz uçuş aparatları hücumunu pisləyib. Bu barədə Avropa İttifaqı Şurasının prezidenti Antonio Koşta Bakıda Azərbaycan Prezidenti İlham Əliyev ilə birgə bəyanatla çıxış edərkən bildirib.
“Avropa İttifaqı İran tərəfindən Naxçıvana qarşı həyata keçirilən pilotsuz uçuş aparatları hücumunu qətiyyətlə pisləyir.”
Bəyanat zamanı Antonio Koşta regionda təhlükəsizliyin qorunmasının və gərginliyin artmamasının vacibliyini vurğulayıb. O qeyd edib ki, Avropa İttifaqı Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin qorunmasına xüsusi əhəmiyyət verir.
Birgə çıxış zamanı İlham Əliyev və Antonio Koşta regional təhlükəsizlik, əməkdaşlıq və Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin gələcək inkişaf perspektivlərini də müzakirə ediblər.