Putin İlham Əliyevə təşəkkür etdi
Martın 11-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyev ilə telefon danışığı aparıb.
Vladimir Putin Rusiya vətəndaşlarının İran İslam Respublikasından təxliyəsi zamanı göstərilən operativ köməyə, həmçinin Rusiyanın İrana göndərdiyi humanitar yardımın Azərbaycan ərazisindən tranziti üçün yaradılan şəraitə görə dövlətimizin başçısına təşəkkürünü bildirib.
Telefon danışığı zamanı liderlər Yaxın Şərqdə hərbi əməliyyatların tezliklə dayandırılmasının və münaqişənin siyasi-diplomatik vasitələrlə həllinin vacibliyini vurğulayıblar.
Dövlət başçıları, həmçinin ikitərəfli gündəliyin aktual məsələlərini müzakirə ediblər. Strateji tərəfdaşlıq və müttəfiqlik prinsiplərinə uyğun olaraq Azərbaycan ilə Rusiya arasında müxtəlif sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsinə qarşılıqlı maraq təsdiqlənib.