Yasamalın 8 küçəsində qaz olmayacaq
Bakının Yasamal rayonunun səkkiz küçəsində qaz təchizatı müvəqqəti dayandırılacaq.
Bu barədə “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, təmir-quraşdırma işlərinin aparılması ilə əlaqədar sentyabrın 15-də saat 10:00-dan işlər başa çatanadək Yasamal rayonunun bir sıra küçələrində qaz verilişində fasilə yaranacaq.
Məhdudiyyət M.İbrahimov, L.Tolstoy, B.Səfəroğlu, D.Əliyeva, A.Aslanov, A.Quliyev, İ.Səfərli və T.Xəlilbəyli küçələrini əhatə edəcək.
Qaz təchizatı təmir-quraşdırma işləri yekunlaşdıqdan sonra bərpa olunacaq.