Bakı və Abşeronda sutkalıq yağıntı aylıq normanı 589 faiz keçdi
Bakıda və Abşeron yarımadasında sutka ərzində 116 mm yağıntı düşüb. Bu isə aylıq normanın 589 faizi deməkdir.
Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, mayın 18-i saat 11:00-a olan məlumata görə, ölkənin bəzi rayonlarında arabir şimşəkli yağış yağıb, ayrı-ayrı yerlərdə yağıntılar intensiv xarakter daşıyıb. Şahdağda isə qar yağıb.
Bakı və Abşeron yarımadasında mayın 18-i gecə saatlarından etibarən yağışlar dayanıb. Bununla belə, ölkənin bəzi rayonlarında yağıntılı hava şəraiti davam edir.