Bakı metrosunda hərəkət tam bərpa olundu
Bakı metrosunda qatarların hərəkəti tam bərpa olunub və sistem tam həcmdə fəaliyyət göstərir.
Bu barədə “Bakı Metropoliteni” QSC məlumat yayıb. Bildirilib ki, bütün xətlər üzrə hərəkət sabit şəkildə təşkil olunub.
Qatarlar texniki imkanlar çərçivəsində mümkün olan maksimum intervalla hərəkət edir.
Texniki sistemlər üzərində nəzarət gücləndirilib, monitorinq fasiləsiz aparılır.