Azərbaycanda külək güclənir: sarı və narıncı xəbərdarlıq verildi
Milli Hidrometeorologiya Xidməti 18 aprel tarixində Bakı və Abşeron yarımadası, həmçinin 18–20 aprel tarixlərində ölkənin bir sıra bölgələri üzrə sarı və narıncı təhlükə səviyyəsi elan edib.
Məlumata görə, Bakı və Abşeronda sarı xəbərdarlıq çərçivəsində cənub-qərb küləyi gözlənilir.
Bir sıra rayonlarda — Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Gəncə, Göygöl, Samux, Ağdam, Yevlax, Tərtər, Bərdə, Göyçay, Neftçala, Salyan, Quba, Şabran, Siyəzən, Qobustan, Şəki, Qəbələ, Oğuz, Kəlbəcər, Cəbrayıl, Füzuli, Laçın və Zəngilan — qərb küləyi 13.9–20.7 m/s sürətlə əsəcək.
Daşkəsən, Goranboy, Naftalan, Mingəçevir, Qusar, Xaçmaz, Xızı, Lerik və Yardımlı rayonlarında isə narıncı xəbərdarlıq verilib. Bu ərazilərdə küləyin sürətinin 20.8–28.4 m/s-ə çatacağı gözlənilir.