Bu ərazilərdə qaz olmayacaq
Bu gün Bakı şəhərinin bəzi ərazilərində qaz təchizatı müvəqqəti dayandırılacaq.
“Azəriqaz” İB-nin məlumatına görə, saat 10:00-dan etibarən qaz şəbəkələrində aparılan təmir-quraşdırma işləri ilə əlaqədar Sabunçu rayonunda (Maştağa-Gülçük, Südçülük, Daş-Kərxana və Subtropik sovxoz əraziləri) və Binəqədi rayonunda (7-ci mikrorayon, A.Kunayev, İ.Hacıyev və S.Axundov küçələri) qazın verilişi müvəqqəti olaraq dayandırılacaq.