Bakının bu rayonunda qaz təchizatı qismən dayandırılacaq
Bu gün, 8 aprel tarixində Bakı şəhəri Binəqədi rayonunun bəzi ərazilərində qaz təchizatında fasilələr gözlənilir.
Bu barədə “Azəriqaz” İB məlumat yayıb.
“Təmir-quraşdırma işləri ilə əlaqədar saat 10:00-dan etibarən paytaxtın Sulu Təpə və Xocəsən qəsəbələrində qaz təchizatı müvəqqəti məhdudlaşdırılacaq”, — məlumatda deyilir.