Avtomobildə sıxılı vəziyyətdə qalan şəxs belə xilas edildi – VİDEO
Hacıqabulda baş verən qəzada 2 nəfər xəsarət alıb.
DenMedia.az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonunun Nəvahi kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, “Ford” markalı minik avtomobili idarəetməni itirərək dəmir səddə çırpılıb. Nəticədə avtomobildə olan Sabirabad rayonunun Cavad kənd sakinləri, 1988-ci il təvəllüdlü Nuriyev Murad Yasəf oğlu və 1992-ci il təvəllüdlü İsmayılov Münasib Mayıl oğlu müxtəlif dərəcəli xəsarətlərlə Şirvan Şəhər Xəstəxanasına yerləşdirlib.
Faktla bağlı araşdırma aparılır.