Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq - XƏBƏRDARLIQ
Azərbaycanın avtomobil yollarında vəziyyət açıqlanıb.
DenMedia.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, noyabrın 24-də gecə və səhər ölkə ərazisinin bəzi yerlərində dumanlı hava şəraiti ilə əlaqədar olaraq avtomobil magistral yollarında görünüş məsafəsinin 300-800 metrədək məhdudlaşacağı gözlənilir.
Sahnaz