Geri qayıt Çap et

Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq - XƏBƏRDARLIQ

Azərbaycanın avtomobil yollarında vəziyyət açıqlanıb.

DenMedia.az  xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, noyabrın 24-də gecə və səhər ölkə ərazisinin bəzi yerlərində dumanlı hava şəraiti ilə əlaqədar olaraq avtomobil magistral yollarında görünüş məsafəsinin 300-800 metrədək məhdudlaşacağı gözlənilir.