Stressdən uzaqlaşmaq üçün telefonu söndür və... - FOTO
Heyvanlarla ünsiyyət stress səviyyəsini azaltmağa və insanın psixoemosional vəziyyətinə müsbət təsir göstərməyə kömək edir.
Bu barədə 360.ru-ya psixoloq Anatoli Abaşin bildirib.
Onun sözlərinə görə, heyvanlarla keçirilən istənilən vaxt insanın emosional durumuna yaxşı təsir edir. Psixoloq qeyd edib ki, pişik və itlərlə ünsiyyət artıq bir çoxları üçün adi haldır, lakin məsələn, ilk dəfə delfinariyə getmək insana həm stressdən uzaqlaşmaq, həm də yeni təəssüratlarla enerji toplamaq imkanı verə bilər.

Abaşin bildirib ki, müasir dövrdə insan hər tərəfdən böyük informasiya axını ilə üzləşir. Bu isə beynin yüklənməsinə və davamlı stress vəziyyətinə səbəb olur.
Psixoloq stressdən uzaqlaşmaq üçün sakit bir yerə getməyi, telefonu söndürməyi, kitab oxumağı və ya sadəcə insanın özü ilə tək qalmasını tövsiyə edib.

“İnsan özünə vaxt ayırmalı, sakit olduğu yerə çəkilməlidir. Bu, meşə də ola bilər, başqa bir məkan da. Hər kəs öz güc yerini tapmalı və mütəmadi olaraq buna zaman ayırmalıdır”, — deyə Abaşin bildirib.