Kimyaterapiyaya dəstək verən təbii maddə? Yeni elmi tapıntı - FOTO
Zərdəçalın bioloji aktiv maddəsi olan kurkumin şişlərin böyüməsini xərçəng hüceyrələrində maddələr mübadiləsinə təsir göstərərək zəiflədə bilər. Bu barədə alimlər məlumat veriblər.
Tədqiqatçıların sözlərinə görə, kurkumin qlikolizi, yağ turşuları və amin turşularının sintezini pozur, mitoxondrilərin aktivliyini azaldır və hüceyrələrin enerji mənbələrinə çıxışını məhdudlaşdırır. Bəzi hallarda isə maddə ferroptozu — oksidləşmiş lipidlərin toplanması nəticəsində baş verən hüceyrə ölümü formasını işə salır. Bu mexanizmə şiş hüceyrələri xüsusilə həssasdır. Bu barədə Nutrients elmi jurnalı yazır.

Alimlər bildiriblər ki, kurkumin PI3K/Akt, AMPK və NF-κB kimi siqnal ötürmə yollarına təsir edir. Bu yollar iltihab, hüceyrə sağqalımı və müalicəyə davamlılıqla əlaqəlidir. Məhz bu təsir sayəsində kurkumin təkcə şişlərin böyüməsini ləngitmir, həm də hüceyrələrin kimya və şüa terapiyasına həssaslığını artırır.
Bununla belə, mütəxəssislər qeyd edirlər ki, kurkuminin klinik istifadəsi hələlik məhduddur, çünki maddə orqanizmdə tez parçalanır və zəif mənimsənilir.