Yuxunu və yaddaşı korlayan - Gizli Düşmən
Denmedia.az xəbər verir ki, rusiyalı həkim İrina Milyuxina “KP.RU”ya açıqlamasında bildirib ki, şirniyyat məhsullarının həddindən artıq qəbulu yuxunun keyfiyyətini aşağı salır və yaddaşa mənfi təsir göstərir.
Onun sözlərinə görə, dərin yuxu beyin üçün bərpaedici proseslərin əsas mərhələsidir. Məhz bu dövrdə qısamüddətli yaddaşdakı məlumatlar uzunmüddətli yaddaşa köçürülür. Əgər bu mexanizm pozularsa, insanın yeni məlumatları yadda saxlamaq və diqqəti toplamaq qabiliyyəti zəifləyir.
Çin alimləri şirniyyat fabriki işçiləri üzərində araşdırma aparıblar və müəyyən ediblər ki, şirniyyatların çox yeyilməsi yuxunun dərinliyini azaldır.
Həkim əlavə edib ki, oxşar mənfi təsir həm də spirtli içkilərin və qırmızı ətin çox istehlakı zamanı müşahidə oluna bilər.