81 yaşlı aktyor Ceyms Hendi evinin həyətində ölü tapıldı - FOTO
“Top Gun” və “Logan” filmləri ilə tanınan aktyor Ceyms Hendi Los-Ancelesdə qətlə yetirilib.
Deadline nəşrinin məlumatına görə, hadisənin aktyorun yaşadığı evin həyətində baş verdiyi bildirilir. İlkin məlumata əsasən, 81 yaşlı Ceyms Hendi ilə onun sevdiyi qadının 44 yaşlı oğlu Maykl Qledhill arasında mübahisə yaranıb.
Mübahisədən sonra Maykl Qledhillin aktyora ölümcül xəsarət yetirdiyi iddia olunur.

Hadisədən sonra şübhəli şəxs polisə müraciət edərək “günah işlədiyini” bildirib. Polis Hendini evin həyətində huşsuz vəziyyətdə aşkarlayıb. Aktyor xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Maykl Qledhill saxlanılıb. Məhkəmə onun üçün 2 milyon dollar məbləğində girov müəyyən edib. Cinayətin motivləri araşdırılır.
Qeyd edək ki, Ceyms Hendi aktyorluq karyerasına 1970-ci illərdə başlayıb. O, “Top Gun: Maverick”, “Logan”, “K-911”, “Jumanji” filmlərində, həmçinin “Castle”, “The Closer”, “Criminal Minds” və “CSI: Crime Scene Investigation” seriallarında rol alıb.