Mafiya rusiyalı turistə internet tanışlığı ilə tələ qurdu
Kolumbiyanın Kartaxena şəhərində 2025-ci ilin oktyabrında rusiyalı turistin qətli yerli mafiya tərəfindən təşkil olunub.
Bu barədə SHOT Telegram kanalı məlumat yayıb.
Məlumata görə, cinayətkarlar kişini qaçırıb, daha sonra boğaraq öldürüblər və cəsədini Turbako ətrafındakı fermada yandırıblar.
İddialara əsasən, əməliyyata “Kampanita” ləqəbli banda rəhbəri həbsxanadan rəhbərlik edib.
Bildirilir ki, rusiyalı turist internetdə kolumbiyalı qızla tanış olub.
Onlar birlikdə taksi çağırıblar, lakin bir neçə dəqiqə sonra avtomobil dayanıb və qız maşından düşüb.
Daha sonra avtomobilə cinayətkar qruplaşmanın üç üzvü minib.
Məlumata görə, dəstə turistdən qiymətli əşyalar və bank kartlarının məlumatlarını tələb edib.
Cinayətkarlar rus bank kartlarının Kolumbiyada işləmədiyini öyrəndikdən sonra onun telefonunu sındırmağa çalışıblar.
Daha sonra kişiyə bıçaq zərbələri endirilib və o boğularaq öldürülüb.