Qızı aparıb dağda başına oyun açıb- Qusarda itkin düşən 3 uşaq anasının işgəncələrlə öldürüldüyü məlum olub-VİDEO
Bu ilin Dekabr ayının 16-da Qusar rayonunun Hil kənd sakini 32 yaşlı Diana Təyibova itkin düşüb.
Denmedia.az-ın yerli bürosu xəbər verir ki, atarışlar zamanı meyiti kənd ərazisindəki boş evlərin birində tapılıb.
Meyitin üzərində zorakılıq əlamətləri aşkarlanıb. 3 uşaq anası olan qadının keçmiş həyat yoldaşı 35 yaşlı Asif Təyibov tərəfindən amansızlıqla öldürüldüyü məlum olub.
Diana Təyibovanın keçmiş həyat yoldaşı Asif Təyibov şübhəli şəxs qismində polis tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı cinayət işi başlanıb, istintaq araşdırmaları aparılır.
Hadisənin təfərrüatı DenazTV-nin reportajında:
nizami