Türkiyədə turistlər üçün yaxşı xəbər - otel vergisi azaldıldı
Türkiyədə otellərdə tətbiq olunan yaşayış vergisinin dərəcəsi 2%-dən 1%-ə endirilib.
Bu barədə respublika prezidentinin fərmanına istinadla hökumətin rəsmi nəşri Resmi Gazete məlumat yayıb.
Sənəddə qeyd olunur ki, yaşayış vergisinin dərəcəsi 2026-cı il 31 dekabr tarixinədək 1% səviyyəsində müəyyən edilib.
Vergi orqanlarının məlumatına görə, bu yığım geniş obyektlər siyahısına şamil edilir. Buraya otellər, kurort kompleksləri, butik otellər, motellər, pansionatlar və apart otellər daxildir. Bundan əlavə, vergi sağlamlıq və termal mərkəzlərə, kənd evlərinə, kempinqlərə, dağ və turizm istirahət bazalarına da tətbiq olunur.