Azərbaycan və Ermənistan arasında ticarət faktı rəsmiləşdi
Cari ilin mart ayında Azərbaycan ilk dəfə Ermənistandan 960 ABŞ dolları dəyərində məhsul idxal edib.
Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Bununla yanaşı, ilin birinci rübündə Azərbaycan Ermənistana 5 milyon 757 min ABŞ dolları dəyərində məhsul ixrac edib. Bu məbləğin 1 milyon 537 min dolları məhz mart ayının payına düşür.
Qeyd olunur ki, Ermənistana ixracdan əldə olunan gəlir Azərbaycanın ümumi ixrac gəlirlərinin cəmi 0,1 faizini təşkil edib.