Qlobal enerji bazarları üçün təhlükəli ssenari: "Hörmüz boğazı" risk altında
İranda əməliyyatın uzanması dünya enerji bazarlarını ciddi böhranla üz-üzə qoya bilər.
Bu barədə RIA Novosti-yə açıqlamasında Amerika investisiya şirkətinin direktoru Kayl Şostak. bildirib.
Onun sözlərinə görə, döyüş əməliyyatları bir ay və ya daha uzun müddət davam edərsə, qlobal enerji bazarlarında ciddi sarsıntı yarana bilər.
Şostak bildirib ki, əgər münaqişənin başlanmasından bir ay sonra Hörmuz boğazı normal və effektiv fəaliyyət göstərməzsə, enerji bazarları yenidən ümidsizlik mərhələsinə düşə bilər.
Mütəxəssis qeyd edib ki, bu halda qlobal inflyasiya şoku və staqflyasiya təhlükəsi yenidən gündəmə gələ bilər.
Onun sözlərinə görə, müharibənin ilk həftəsində artıq belə iqtisadi gərginliyin əlamətləri müşahidə olunmuşdu və enerji bazarları buna çox həssas reaksiya verir.