Çin milyarderlərin sayına görə ABŞ-ı geridə qoydu
Çin dollar milyarderlərinin sayına görə yenidən dünyada birinci olub.
Bu barədə Hurun Global Rich List 2026 hesabatında bildirilib.
Məlumata görə, Çində hazırda 1110 dollar milyarderi yaşayır, bu isə ABŞ-dan 110 nəfər çoxdur.
Reytinqdə üçüncü yeri Hindistan tutur. Bu ölkədə 308 milyarder yaşayır.
Rusiya isə 105 milyarderlə siyahıda yeddinci yerdə qərarlaşıb.