QatarEnergy Ras Laffan zavodunda LNG istehsalını dayandırdı
Qətərin dövlət enerji şirkəti QatarEnergy hərbi hücumlar səbəbindən Ras Laffan zavodunda mayeləşdirilmiş təbii qazın (LNG) və əlaqəli məhsulların istehsalını dayandırıb.
Bundan əvvəl ölkənin Müdafiə Nazirliyi bildirmişdi ki, İran raketlərindən biri Ras Laffan şəhərində yerləşən QatarEnergy obyektinə düşüb.
Şirkət təhlükəsizlik tədbirləri çərçivəsində istehsalı müvəqqəti olaraq dayandırdığını açıqlayıb. Hadisənin enerji bazarına təsiri ilə bağlı əlavə məlumat gözlənilir.