Qlobal bazarlarda sıçrayış: qızıl 5 000 dollara çatdı
Nyu-York Əmtəə Birjasının bölməsi olan Comex birjasında 2026-cı ilin fevral ayı üzrə qızıl fyuçersinin qiyməti tarixi maksimumu yeniləyərək ilk dəfə 1 troya unsiyası üçün 5 000 ABŞ dolları həddinə çatıb. Bu, ticarət meydançasının məlumatlarında əksini tapıb.
Bakı vaxtı ilə 03:14-ə olan məlumata görə, qiymətli metalın qiyməti 5 007,5 dollar təşkil edib ki, bu da 0,49% artım deməkdir.
Comex-in məlumatına əsasən, həmin birjada 2025-ci ilin dekabr ayı üzrə gümüş fyuçersinin qiyməti də tarixi maksimumu yeniləyərək 1 troya unsiyası üçün 105 dolları ötüb.
03:03-ə olan göstəricilərə görə, gümüşün qiyməti 105,25 dollar olub (+1,93%).