Azərbaycan millisi Avropa çempionatında 1/4 finala yüksəldi
Azərbaycan mini-futbol millisi Slovakiyada keçirilən Avropa çempionatında 1/4 finala yüksəlib.
Baş məşqçi Elşad Quliyevin rəhbərlik etdiyi komanda 1/8 final mərhələsində Qazaxıstan millisi ilə qarşılaşıb.
Tipos Arenada keçirilən görüş Azərbaycan millisinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Yığmamızın qollarını Ravan Kərimov, İsa Atayev və Məhəmməd Xəlilov vurublar.
Günün digər oyunlarında Rumıniya Avstriyanı 7:0, Serbiya Yunanıstanı 4:2, Çexiya isə Monteneqronu 2:0 hesabı ilə məğlub edib.
Qeyd edək ki, Azərbaycan millisi F qrupunda Avstriyaya 1:0, İtaliyaya 3:0, Fransaya isə 3:2 hesabı ilə qalib gəlmişdi.