Sumqayıtda futbol zamanı 23 yaşlı gənc vəfat etdi
Sumqayıtda futbol oynayarkən bir nəfər vəfat edib.
DenMedia.az report-a istinadən xəbər verir ki, 23 yaşlı Musa Etibar oğlu Əliyev futbol meydançasında qəfil halı pisləşib.
Hadisə zamanı ətrafdakı şəxslər ona yardım göstərməyə çalışsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.