Yuventus və Arsenalın sabiq qapıçısı qəza qurbanı oldu
“Yuventus” və “Arsenal”ın sabiq qapıçısı Aleksander Manninqer yol-nəqliyyat hadisəsində həlak olub.
Bu barədə Avstriyanın “Red Bull Zaltsburq” klubu sosial şəbəkədə məlumat yayıb və futbolçunun ailəsinə başsağlığı verib. Onun 48 yaşında olduğu bildirilib.
“Sabiq qapıçımız Aleksander Manninqerin faciəvi şəkildə yol qəzasında həlak olmasından kədərlənirik,” — deyə klubun açıqlamasında qeyd olunub.
Aleksander Manninqer karyerası ərzində “Yuventus” və “Arsenal”la yanaşı, “Bolonya”, “Siena” və “Fiorentina” klublarında da çıxış edib. O, “Arsenal”ın heyətində İngiltərə çempionu olub.