Bosniya U-21 İsraillə əl sıxmadı – matç sükutla başladı
Bosniya və Herseqovinanın 21 yaşadək futbolçuları Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçirilən oyundan əvvəl İsrail komandasının oyunçuları ilə əl sıxmaqdan imtina edib.
Görüş Macarıstanda neytral meydanda keçirilib və 0:0 hesabı ilə başa çatıb.
İsrail tərəfi Yaxın Şərqdə davam edən münaqişə səbəbindən ev oyunlarını ölkə xaricində keçirməyə məcburdur.
Gənclər arasında Avropa çempionatının final mərhələsi 2027-ci ildə Serbiya və Albaniyada keçiriləcək.