Hidayət Heydərov Tbilisidə “Böyük Dəbilqə” turnirində bürünc medal qazandı
Azərbaycan cüdoçusu Hidayət Heydərov (73 kq) Tbilisidə keçirilən “Böyük Dəbilqə” turnirində bürünc medal qazanıb.
Üçüncü yer uğrunda görüşdə o, İspaniya təmsilçisi Anton Şuxaliyevi məğlub edib.
Digər Azərbaycan idmançıları — Kəmran Süleymanov (73 kq), Sudabə Ağayeva və Aytac Qardaşxanlı (hər ikisi 70 kq) — çıxışlarını medalsız başa vurublar.
Bundan bir gün əvvəl isə Turan Bayramov (66 kq) gümüş medal qazanıb.