FİFA prezidenti 2026 dünya çempionatının favoritini açıqladı
Beynəlxalq Futbol Federasiyasının (FİFA) prezidenti Canni İnfantino bildirib ki, İspaniya 2026-cı il dünya çempionatının favoritlərindən biridir. Bu barədə AS nəşri məlumat yayıb.
Onun sözlərinə görə, İspaniya millisi dünya çempionatına əsas namizədlərdən biri hesab olunur.
“İspaniya, əlbəttə ki, digər komandalarla yanaşı favoritlərdən biridir. Biz artıq İspaniyanın güclü tərəflərini yaxşı bilirik. Reytinqdə birinci yerdə olan komanda dünya çempionatının favoritlərindən sayılmalıdır”, — deyə Canni İnfantino bildirib.