Bəhlul Mustafazadə əməliyyat olundu
“Qarabağ”ın müdafiəçisi Bəhlul Mustafazadə əməliyyat olunub.
Ağdam klubunun mətbuat xidmətinin məlumatına görə, futbolçu zədəni UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Nyukasl”a qarşı oyunda alıb. Sol budun daxili əzələləri və qasıq nahiyəsində yaranan problem səbəbindən oyunçuya cərrahi müdaxilə olunub.
Bildirilib ki, təxminən 3–4 həftə sonra Mustafazadə bərpa prosesinə tibbi heyətin nəzarəti altında başlayacaq.