“Barselona”nın ulduzu Mbappeni geridə qoydu
“Barselona”nın futbolçusu Lamin Yamal 19 yaşadək oyunçular arasında məhsuldarlıq rekordunu yeniləyib.
Daxili arenada “Ayntraxt”la oyunda (2:1) Yamal Jül Kunde üçün məhsuldar ötürmə edib və bununla turnirdəki ümumi göstəricisini 17-yə çatdırıb — 8 qol və 9 assist. Beləliklə, o, “Real”ın hücumçusu Kilian Mbappeni qabaqlayıb. Mbappe 18 yaşında “Monako” və PSJ-də 10 qol, 3 ötürmə ilə məhdudlaşmışdı.
Yamal “Barselona” akademiyasının yetirməsidir. 2024/25 mövsümündə La Liqada 35 oyunda 9 qol vurub və 13 məhsuldar ötürmə edib, komanda ilə birlikdə həm çempionluğu, həm də İspaniya Kubokunu qazanıb. O, İspaniya millisinin heyətində Avropa çempionatının qalibi olub.