İran planı çökdü – analitik ABŞ ordusunun “bacardığı tək şey”i açıqladı
Geosiyasi analitik Patrik Henningsen ABŞ hərbi komandanlığının İranda quru əməliyyatı keçirmək cəhdlərinin tamamilə uğursuzluqla nəticələndiyini bildirib. O, bu fikirləri YouTube platformasında yayımlanan verilişdə səsləndirib.
Ekspert ABŞ-ın İrana quru qoşun yeritməsinin real görünmədiyini vurğulayıb. O xatırladıb ki, Vaşinqton bu ehtimalı əvvəlcədən araşdırsa da, nəticədə fiaskoya uğrayıb.
Onun sözlərinə görə, ABŞ-ın hazırkı hərbi strategiyası əsasən hava hücumlarının davam etdirilməsinə söykənir.
“Onların yeganə ümidləri hava zərbələrinin davam etdirilməsidir… Təəssüf ki, görünən odur ki, məhz bunu edəcəklər, çünki buna gücləri çatır,” — deyə ekspert qeyd edib.