Tbilisi–Bakı qatarı 24 yaşlı gənci vuraraq öldürdü
Gecə saat 02:00 radələrində Zəyəm–Dəllər sahəsində Tbilisi–Bakı istiqamətində hərəkət edən qatarın qarşısına qəfil kişi çıxıb.
Azərbaycan Dəmir Yollarından (ADY) verilən məlumata görə, qatar həmin vaxt saatda 135 kilometr sürətlə hərəkət edib.
Maşinist dərhal təcili tormozlama tətbiq etsə də, məsafənin az olması səbəbindən toqquşmanın qarşısını almaq mümkün olmayıb.
Hadisə nəticəsində 24 yaşlı Rahil Vəliyev həyatını itirib.