Göyçayda faciə: Su kanalına düşən avtomobildəki şəxs ölü tapıldı - VİDEO
Göyçayda avtomobilin su kanalına aşması nəticəsində itkin düşən şəxsin meyiti tapılıb.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc qrupu tərəfindən 1942-ci il təvəllüdlü Ağalar Osmanovun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Qeyd edək ki, hadisə Göyçay rayonunun Kürdəmiş kəndində baş verib. FHN-in “112” qaynar telefon xəttinə içərisində vətəndaşın olduğu avtomobilin su kanalına düşməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dalğıc qrupu dərhal hadisə yerinə cəlb olunub və axtarışlara başlanılıb.
İlkin məlumata görə, bu gün saat 10 radələrində Göyçay rayonunda “VAZ-2106” markalı avtomobil “KİA” markalı avtomobillə toqquşub. Toqquşmadan sonra avtomobil su kanalına düşüb.
Hadisə ilə bağlı araşdırma aparılır.