Qəbələdə 3-5 bal gücündə zəlzələ baş verdi
Azərbaycanda zəlzələ olub.
Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosundan məlumat verilib.
Məlumata görə, Qəbələ rayonunda, Qəbələ stansiyasından 11 kilometr cənub-qərbdə zəlzələ qeydə alınıb.
Yeraltı təkanlar episentrdə və yaxınlıqdakı yaşayış məntəqələrində 3-5 bal gücündə hiss olunub.