Bakıda "Qazel" motosikletlə toqquşdu: ölən var
Bakıda ağır yol qəzası baş verib.
DenMedia.az lent.az-a istinadən xəbər verir ki, hadisə ötən gecə Xəzər rayonunda qeydə alınıb.
1985-ci il təvəllüdlü Qurbanov Rafiz İbrahimxəlil oğlu idarə etdiyi "Qazel" markalı avtomobillə hərəkətdə olarkən 2008-ci il təvəllüdlü Məhəmməd Mirzə Arif oğlunun idarə etdiyi “Tufan” markalı motosikletlə toqquşub.
Nəticədə motosikletdə olan sərnişin Məmmədov Nihat Elmar oğlu xəsarət alıb, sürücü - Mirzə Məhəmməd aldığı xəsarətlərdən ölüb.
Faktla bağlı cinayət işi başlanılaraq istintaq aparılır.