Geri qayıt Çap et

Bakıda "Qazel" motosikletlə toqquşdu: ölən var

Bakıda ağır yol qəzası baş verib.

DenMedia.az lent.az-a istinadən xəbər verir ki, hadisə ötən gecə Xəzər rayonunda qeydə alınıb.

1985-ci il təvəllüdlü Qurbanov Rafiz İbrahimxəlil oğlu idarə etdiyi "Qazel" markalı avtomobillə hərəkətdə olarkən 2008-ci il təvəllüdlü Məhəmməd Mirzə Arif oğlunun idarə etdiyi “Tufan” markalı motosikletlə toqquşub.

Nəticədə motosikletdə olan sərnişin Məmmədov Nihat Elmar oğlu xəsarət alıb, sürücü - Mirzə Məhəmməd aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı cinayət işi başlanılaraq istintaq aparılır.