Biləcəridə evdən qadın meyiti tapıldı
Bakıda evdən meyit tapılıb.
Hadisə Binəqədi rayonu, Biləcəri qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini, 1976-cı il təvəllüdlü Aytəkin Mürşüd qızı Kərimovanın üzərində zorakılıq əlamətləri görünməyən meyiti yaşadığı evdə aşkar edilib.